Qobustan RİH: "Rayonda heç bir aksiya keçirilməyib"

Qobustan RİH: "Rayonda heç bir aksiya keçirilməyib"

Bu gün müxalifətin ideoloji ruporu rolunu oynayan bəzi kütləvi informasiya vasitərlərində Qobustan rayonunun Cəngi kəndində aksiya keçirilməsi və bununla əlaqədar rayon rəhbərliyinin həmin kəndə getməsi barədə məlumatlar yayılıb. SİA-ya Qobustan Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, bu məlumatlar tamamilə yalan və cəfəngiyyatdır.

Xəbərdə deyilir ki, Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən 8 ildir ki, rayonun bütün yaşayış məntəqələrində səyyar qəbullar keçirilir. Həmin qəbulların davamı kimi 03 aprel 2013-cü il tarixdə rayonun Cəngi yaşayış məntəqəsində əhali ilə səyyar qəbul-görüş keçirilib.

Bir daha bildiririk ki, ümumiyyyətlə, Qobustan rayonunda heç bir aksiya olmayıb. Bunlar cəfəngiyyatdan başqa bir şey deyildir.

Bütün xəbərlər Facebook səhifəmizdə