Fond sədri: “Bu məsələdə Azərbaycanın yetərli təcrübəsi mövcuddur”

Fond sədri: “Bu məsələdə Azərbaycanın yetərli təcrübəsi mövcuddur”

Azərbaycanda keçiriləcək Davos İqtisadi Forumunda çox əhəmiyyəli müzakirələr baş verəcək. Hesab edirəm ki, bu ölkəmizin iqtisadi inkişaf ilə bağlı olan bir məsələ idi ki, burada da Azərbaycanı seçdilər. Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Davos Forumun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

Konstitusiya Araşdırmaları Fondunun sədribin sözlərinə görə, bu forum həm region həm Avropa üçün xüsusi əhəmiyyətə malikdir: "Hazırda Avropa ölkəsində maliyyə böhranı davam edir və onun yeni dalğası özünü göstərməkdədir. Amma sevindirici haldır ki, bu böhranın ölkəmizə heç bir təsiri olmadı. Bu məsələdə Azərbaycanın yetərli təcrübəsi mövcuddur. Hesab edirəm ki, bu forum ölkəmizə faydalı olaraq iqtisadiyyatın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına müsbət şərait yaradacaq. Eləcə də müasir texnologiyaların Azərbaycana gətirilməsi baxımından bu forum təqdirəlayiq bir hal kimi dəyərləndirilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə