Elman Məmmədov: "Ermənistan başqa dövlətlərin forpostu olaraq qalır"
"Ermənistanda demoqrafik vəziyyət get-gedə pisləşir və iqtisadiyyat yox səviyyəsinə çatır. Lakin Ermənistan başqa dövlətlərin forpostu olaraq qalır və ondan Azərbaycana qarşı istifadə olunur". SİA-nın məlumatına görə, bu fikri millət vəkili Elman Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan özünün bu rolu ilə barışıb: "İşğalçı dövlətin iqtisadi və demoqrafik vəziyyətinin pisləşməsi bu ölkənin hakimiyyətini narahat etmir. Bu ölkədə yalnız yoxsul insanlar qalıb yaşayırlar, imkanlılar isə oranı tərk edirlər. Təbii ki, münaqişənin həlli prosesinə xarici təsirlər də mane olur. Xüsusilə erməni lobbisinin rolu qeyd edilməlidir. Erməni lobbisi Qarabağ münaqişəsi ətrafında hal-hazırkı gərgin vəziyyətin qorunub-saxlanmasında maraqlıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB