"Avropa İttifaqı sülh prosesinə ciddi töhfələr verə bilər"

"Avropa İttifaqı sülh prosesinə ciddi töhfələr verə bilər"

"Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rolunun artırılması zəruridir". SİA-nın məlumatına görə, bunu Azərbaycan Parlamenti-Avropa İttifaqı Əməkdaşlıq komitəsinin üzvü, Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Aİ-nin bu prossesə cəlb olunması barədə müxtəlif səviyyələrdə fikirlər səslənir. Onun sözlərinə görə, nüfuzlu təşkilat olaraq Aİ sülh prosesinə ciddi töhfələr verə bilər: "Əgər Avropa İttifaqı Qarabağ münaqişəsinin nizamlanmasında iştirakını fəallaşdırmaq istəyirsə o zaman sözügedən məsələ üzrə öz xüsusi nümayəndəsini təyin etməli və ona geniş mandat ayırmalıdır. Xüsusi nümayəndənin olması Aİ-nin münaqişə üzrə dəqiq mövqeyinin müəyyən edilməsi üçün zəruridir. Hesab edirəm ki, belə bir xüsusi nümayəndənin olması Azərbaycan tərəfi üçün də arzuolunandır".

Bütün xəbərlər Facebook səhifəmizdə