Millət vəkili: “Hüquq və vəzifələrin qanunda əksi kifayət qədər əhəmiyyətlidir”
"Ümumiyyətlə ictimai rəyin öyrənilməsi, dövlət idarəçiliyinə ictimaiyyətin cəlb olunması demokratik idarəetmənin mühüm faktorlarından biridir". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə "Vətəndaş İştirakçılığı" haqqında qanun layihəsinin ictimai müzakirəsində iştirakı zamanı Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli deyib.
Millət vəkilinin sözlərinə görə, növbəti mərhələdə isə ölkəmizin inkişafı, açıq hökumət proqramı, Azərbaycanın "Gələcəyə baxış" konsepsiyası və s. dövlət idarəçiliyində Vətəndaş cəmiyyətinin, insanların yaxından iştirakı ideyaları nəzərdə tutulur: "Bu ideyaların həyata keçirilməsindən ötrü xüsusi bir qanunun qəbulu əhəmiyyətlidir. Biz hesab edirik ki, məsələlərin ayrı-ayrı əsasnamələrdə indiyədək öz əksini tapmış fikirlərin vahid bir qanunda toplanması, prinsiplərin, hüquq və vəzifələrin qanunda öz əksini tapması kifayət qədər əhəmiyyətlidir və ictimaiyyəti, Vətəndaş cəmiyyətini, qeyri-hökümət təşkilatlarını idarəçiliyə daha ciddi cəlb edəcəkdir. Əslində, bu bizim uzun illərdir həyata keçirdiyimiz işlərin bundan sonra daha ciddi nəfəs almasına öz töhvəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB