Aydın Hüseynov: “Azərbaycanın nüfuzu getdikcə artır” MÜNASİBƏT

"Bizim iqtisadiyyatımız hər hansı ölkənin diqtəsinə və yaxud hər hansı bir dövlərin maraqlarına xidmət etmir”
Aydın Hüseynov: “Azərbaycanın nüfuzu getdikcə artır” MÜNASİBƏT

Ümumiyyətlə, Davos İqtisadi Forumu iqtisadi və siyasi baxımdan çox mühüm hadisədir. Xüsusilə, bu forumun Azərbaycanda - paytaxt Bakıda keçirilməsi ölkəmizin artan nüfuzunun məntiqli nəticəsidir. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyası Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri, iqtisadçı Aydın Hüseynov Davos İqtisadi Forumun ölkəmiz üçün əhəmiyyətindən danışarkən deyib.

A.Hüseynovun sözlərinə görə, bu forum iqtisadi anlamda böyük prespektivi özündə cəmləşdirməklə dünyanın iqtisadi beyin mərkəzlərini öz ətrafında biləşdirir. Bu gün dünyada gedən proseslərlə bağlı çox mühüm fikir mübadilələri aparılır və ortaya konkret məsələlər qoyulur. Bakıda keçiriləcək bu İqtisadi Forumun gündəliyində duran məsələlərdən biri də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda iqtisadi əlaqələrin əldə olunmasıdır. Məlum məsələdir ki, Azərbaycan regionda böyük nüfuz sahibidir və bu nüfuz getdikcə artır. Bu gün ölkəmizin iştirakı olmadan regionda hər hansı bir layihənin reallaşdırılması qeyri-mümkündür. Cənubi Qafqazın iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşür. Bütün bu göstəricilərlə yanaşı Davos İqtisadi Forumunun keçirilməsi üçün digər əsas şərtlərdə özündə müəyyən amilləri səciyyələndirir. Birinci növbədə bu forumda dünyanın aparıcı ölkələrinin maliyyə, iqtisadi təsir baxımından böyük gücə malik olan iri müəssisələrin (biznes mərkəzlərinin) rəhbərləri iştirak edəcək. Digər tərəfdən isə bu tədbirin yüksək səviyyədə təşkili üçün təhlükəsizlik xidməti xüsusi önəm daşıyır. Eyni zamanda sözü gedən forumun yüksək səviyyədə təşkili üçün başqa şəraitlər mövcuddur. Belə ki, ölkədə həm ictimai, həm də siyasi sabitlik əsas şərtlərdən biridir və bu da Azərbaycanda yüksək səviyyədə təmin olunur. Bütün bunlar kompleks şəkildə ölkəmizdə ödənilir".

İqtisadçı həmçinin bildirib ki, bizim ən problemli məsələlərimizdən biri də məhz Dağlıq Qarabağ münaqişəsidir. Əgər biz bu məsələyə iqtisadi baxımdan yanaşsaq görərik ki, burada böyük, münbit torpaqlara malik ərazi mövcuddur: "Həmçinin turizmin inkişafı üçün əlverişli olan bu ərazilər artıq neçə illərdir ki, erməni işğalı altındadır. Ermənistan bu ərazilərdən narkotikin tranzitindən başqa heç nəyə nail ola bilmir. Bu tədbir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Burada başlıca xüsusiyyət ondan ibarətdir ki, ölkəmizin bütün nailiyyətlərini paytaxt Bakıya gələn xarici qonaqlar öz gözləri ilə görəcəklər. Bütün bunların fonunda isə ölkə baçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət dayanır. Bu siyasət müstəqil siyasətdir. Bizim iqtisadiyyatımız hər hansı ölkənin diqtəsinə və yaxud hər hansı bir dövlərin maraqlarına xidmət etmir".

Bütün xəbərlər Facebook səhifəmizdə