Rüstəm İbrahimbəyovun yaradacağı "Milli Şura"nın bir neçə gün öncə siyahısı yayılıb. Bu siyahı yayıldığı gündən etibarən Azərbaycan ictimaiyyətində xeyli çaşqınlıq yaradıb. Eldar Namazov belə bir siyahının hazırlanmadığını bildirir. Siyahıda adı çəkilən şəxslər isə məsələdən xəbərsiz olduqlarını qeyd edirlər. Politoloqlar isə "Milli Şura"nı nizamnaməsiz və məramı olmayan təşkilat adlandırırlar. Siyasi partiya nümayəndələri bu haqda nə düşünür?
.jpg)
Yurddaş Partiyasının sədri Mais Səfərli: "Son zamanlar Azərbaycan müxalifətinin yaradıcılıq təxəyyülündə xeyli inkişaf var. Çünki yaxşı adlar düşünüb ortalığa atırlar. Hesab edirəm ki, "Milli Şura" yeni bir fikir ortaya qoya bilməyəcək. Çünki, adlandırılmasından asılı olmayaraq hər yeni təşkilat eyni mahiyyətə malikdir. "Milli Şura"nın eyni adamlardan, təşkilatlardan və partiyalardan yaradılması nəzərdə tutulub. Buna görə də əhəmiyyətli bir təşkilata çevrilə bilməyəcək. Şuranın üzvlərinin sayı, kimliyi açıqlanmamış düşərgədə qarşıdurma başlayıb. Hesab edirəm ki, bu məsələ ictimaiyyətin diqqətini cəlb etməməlidir. Çünki dəyişən təşkilatların adlarıdır. Yeni qüvvə yoxdur".
.jpg)
Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov: "Bu kimi siyahıların boş və mənasız olduğunun daha öncələr də şahidi olmuşuq. Belə qeyri-ciddi siyahılar hələ çox olacaq. Bütün bunların günahı müxalifət düşərgəsindədir. Çünki indiyə qədər tam rəsmi olaraq vahid komanda siyahısı ortaya qoymayıblar. Ona görə də bu boşluqdan istifadə edən jurnalistlər öz təxəyyülünün məhsulunu ortaya qoyur. Bu da çaşqınlıq yaradır. Amma bu siyahılar boş və mənasızdır. Çünki məntiqi və əsası yoxdur. Bu kimi siyahılar çayxanalarda hazırlanır".

Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə: "Rüstəm İbrahimbəyov tərəfindən yaradılması planlaşdırılan "Milli Şura" boş və əhəmiyyətsiz təşkilat olacaq. Çünki bu təşkilatın məramı aydındır. Yayılan siyahıların isə heç bir əsası yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB