"Arif Hacılının Rəsul Quliyevə qarşı çıxmasının arxasında müəyyən bir qəsd var". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev bildirib. Onun sözlərinə görə, Arif Hacılı Rəsul Quliyevi İsa Qəmbərə alternativ gördüyünə görə, ona qarşı hücumlar təşkil edir: "Bütün bunlar müxalifətin genetikasından doğan haldır. Əslinə qalsa Rəsul Quliyev 1993-cü ildə bu kimi insanların çoxunu xilas edən şəxsdir. Bu gün R.Quliyevə qarşı onların hücumları nəinki əsassızdır, hətta qərəzlidir. Bu hücumlarda R.Quliyevin onların yaratdıqları "Milli Şurası"dan imtina etməsi də xüsusi rol oynayır. Əgər R.Quliyev ABŞ-da olduğu zamanda ona qarşı hücumlar təşkil edirsə, bu tamam fərqli məqsədlərdən xəbər verir. Ümumən A.Hacılının R.Quliyevi tənqid etməyə heç bir mənəvi haqqı yoxdur. Çünki A.Hacılı ilə R.Quliyev müqayisə oluna bilməz. Bu addımı ilə o, həbsdən çıxdıqdan sonra özünü Azərbaycan cəmiyyətinə yeni bir imicdə təqdim etməyə çalışır. 20 il bundan öncə A.Hacılı nə idisə, bu gün də odur. Yəni yenə də qərəzli və tapşırıqlı hücumlar təşkil edir. A.Hacılı "Müsavat" partiyasının dağıdıclıq fəaliyyəti ilə məşğul olan fiqurlardan biridir. Çünki A.Hacılı bu partiyanın sədri olmaq istəyir. Bu, birmənalıdır. Bu kimi addımları qəsdən atır ki, "Müsavat"la digər partiyalar üz-üzsə qalsın. Amma "Müsavat"da ən böyük parçalanmanı A.Hacılı həyata keçirir. Bu gün A.Hacılının əsas məqsədi "Müsavat" partiyasının parçalanmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB