“Asiyanın gələcək inkişafında qadınların yeri”

“Asiyanın gələcək inkişafında qadınların yeri”

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadın Qolunun ilk iclası olacaq. SİA-nın məlumatına görə, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsi qurumun Qadınlar Qolunun ilk iclasının 4-6 aprel 2013-cü il tarixində Bakıda keçirilməsi qərarını qəbul edib.

"Asiyanın gələcək inkişafında qadınların yeri" mövzusunda Bakıda keçiriləcək bu tədbirə Yeni Azərbaycan Partiyası (YAP) ev sahibliyi edəcək.

Tədbirin keçirilməsində məqsəd geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır.

Bu tədbirdə, həm də Asiyanın siyasətçi qadınlarının çoxtərəfli və ikitərəfli əməkdaşlığı da müzakirə ediləcək.

İlk dəfə keçiriləcək bu tədbirdə 30-dan çox ölkənin siyasi partiyalarını təmsil edən 50-dən çox qadın siyasətçi iştirak edəcək.

Tədbirə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə