Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini–İcra katibi Əli Əhmədov Sabirabad rayonunda partiyanın fəalları ilə görüşüb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, görüş iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, kompleksin önünə tər gül dəstələri düzüblər.
Görüşü giriş sözü ilə açıq elan edən YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev təşkilatın fəaliyəti barədə qısa məlumat verib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – İcra katibi Əli Əhmədov Azərbaycanın inkişafında, müasirləşməsində bu və ya digər dərəcədə YAP-ın və onun sıralarında cəmləşən 600 minə yaxın fəal Azərbaycan vətəndaşının əməyinin, fədakarlıqlarının bilavasitə əməyi olduğunu qeyd edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyətində YAP-ın yaradıcısı, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti əldə rəhbər tutaraq fəaliyyət göstərib və bu fəaliyyət nəticəsində də əzəmətli, möhtəşəm uğurlar qazanıb.
2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının Sədr müavini Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün olub. Bütün bunlar isə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsinin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi deməkdir.
Əli Əhmədov görüşdə gəncləri maraqlandıran müxtəlif sualları cavablandırıb.
YAP Sabirabad rayon təşkilatının fəallarından şəhid atası Ziyatxan Gözəlov, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova, gənclərdən - Elvina Rəsulova, Əsgərbəyli kənd sakini Kür daşqınlarında ziyan çəkmiş Məmmədağa Şirinov çıxış edərək Prezident İlham Əliyevin Sabirabad rayonuna, sakinlərə göstərdiyi diqqət və qayğıya görə, minnətdarlıqlarını bildiriblər və prezident seçkilərində İlham Əliyevin namizədliyini yekdilliklə müdafiə edəcəklərini bildiriblər. Bu çağırış zalda əyləşən sabirabadlılar tərəfindən ayaq üstə gur alqışlarla qarşılanıb.
YAP Siyasi Şurasının üzvü, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və millət vəkili Rüstəm Xəlilov görüşdə iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB