"Azərbaycan prinsipial mövqeyini dəyişməyəcək"

Sevinc Fətəliyeva: "Ermənistan işğalçılıq siyasətini davam etdirmək məqsədilə müxtəlif təxribatlara əl atır"
"Azərbaycan prinsipial mövqeyini dəyişməyəcək"

"Beynəlxalq müstəvidə Xocalı hava limanının açılmasına ciddi etiraz olmasına baxmayaraq rəsmi Yerevanın bu istəyini reallaşdırmaq cəhdləri təxribatdan başqa bir şey deyil". SİA-nın verdiyi məlumata görə, bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirmək məqsədilə müxtəlif təxribatlara əl atır. Onun sözlərinə görə, danışıqlar prosesi də məhz təcavüzkar dövlətin qeyri-konstruktiv mövqeyi səbəbindən nəticə vermir.

"Məlumdur ki, nüfuzlu beynəlxalq təşkilatlar, həmsədr dövlətlər Xocalı hava limanının istifadəyə verilməsi cəhdlərini pisləyiblər. Belə bir halda Ermənistanın mülki aviasiya idarəsinin növbəti açıqlaması beynəlxalq aləmə meydan oxumaq kimi dəyərləndirilməlidir. Təbii ki, Azərbaycan bu məsələdə prinsipial mövqeyini dəyişməyəcək. Beynəlxalq birlik isə işğalçı dövlətə təzyiq göstərməlidir ki, beynəlxalq qayda-qanunları tapdamasın" - deyə, komitə sədrinin müavini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə