YAP-ın təşkilatçılığı ilə Bakıda beynəlxalq konfrans keçiriləcək

YAP-ın təşkilatçılığı ilə Bakıda beynəlxalq konfrans keçiriləcək

Paytaxtımızda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadın Qolunun ilk iclası keçiriləcək

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə 2012-ci ilin noyabr ayında Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) VII Baş Assambleyasının növbəti iclası Bakıda keçirilib. Assambleyanın açılış mərasimində İlk olaraq möhtərəm Prezidentimiz və Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevın ICAPP VII Baş Assambleyasının Fəxri Prezidenti seçilib. Eyni zamanda, qeyd etmək ki, Yeni Azərbaycan Partiyası ICAPP-ın Daimi Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının çox yüksək hazırlıqla təşkil etdiyi ICAPP-in bu iclaslarında çox əhəmiyyətli qərarlar və sənədlər qəbul olunub. Ermənistan təmsilçisinin ciddi etirazına və təxribat xarakterli cəhdinə baxmayaraq, məhz YAP-ın irəli sürdüyü təkliflər bütün iştirakçılar tərəfindən yekdilliklə qəbul olunmuşdu. Belə ki, Asiya ölkələri siyasi partiyaları arasında Azərbaycan həqiqətləri ilə bağlı apardığı təbliğatın nəticəsi kimi Dağlıq Qarabağın erməni işğalı, münaqişənin həllinin beynəlxalq hüquq, eyni zamanda BMT qətnamələrinin həyata keçirilməsi kimi, ifadə olundu. Bu qərar ICAPP-ın VII Baş Assambleyasında qəbul edilmiş ümumi qərar kimi bütün üzv ölkələrin siyasi partiyalarına paylandı.

YAP bu işə həm ev sahibliyi, həm də qeyd edilən qərar və sənədlərdə bir sıra vacib məsələlərin həm də təşəbbüskarı olmuşdu. ICAPP VII Baş Assambleyasının əsas yekun sənədi olan Bakı Bəyyannaməsində ilk dəfə olaraq bu təşkilatın Gənclər Qolunun birinci Forumunun 2013-cü ildə Azərbaycanda keçirilməsi, eləcə də YAP təmsilçilərinin bilavasitə təklifi ilə ICAPP-ın Qadınlar Qolunun yaradılması öz əksini tapmışdı. Bu tədbirdə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyası çərçivəsində Asiya Qadın siyasətçilərinin Asiyada Təhlükəsizlik, Sülh və Əməkdaşlıq mövzusunda keçirilən xüsusi sessiyası keçirilmişdir.

ICAPP-ın Daimi Komitəsi qurumun Qadınlar Qolunun ilk iclasının 4-6 aprel 2013-cü il tarixində Bakıda keçirilməsi qərarını qəbul etmişdir. "Asiyanın gələcək inkişafında qadınların yeri" mövzusunda Bakıda keçiriləcək bu tarixi tədbirə Yeni Azərbaycan Partiyası ev sahibliyi edəcəkdir.

Məqsəd geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır. Bu tədbirdə, həm də Asiyanın siyasətçi qadınlarının çoxtərəfli və ikitərəfli əməkdalığı da müzakirə ediləcəkdir.

İlk dəfə keçiriləcək bu tədbirdə 30-dan çox ölkənin siyasi partiyalarını təmsil edən 50-dən çox qadın siyasətçi iştirak edəcəkdir. Tədbirə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də qatılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə