"Rəhim Qazıyev Şuşanın itirilməsində, Xocalı faciəsi zamanı bu hadisələrə yardım etməməkdə göstərdiyi "əməllər" hamıya bəllidir. Məhz buna görə də onun kimilərinin meydana çıxararaq hansısa fikirlər ortaya qoyması Azərbaycan cəmiyyətində heç bir əks-səda doğura bilməz". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı keçmiş müdafiə naziri Rəhim Qazıyevin prezidentə ünvanladığı məktuba və müxalifətin əleyhinə söylədikləri fikirlərə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, R.Qazıyev Azərbaycan cəmiyyətində heç bir nüfuzu olmayan və Ermənistanın Azərbaycana təcavüzü zamanı uğursuzluqlarımızda adı olan adamdır: "Mən bu yaxınlarda "SƏS" internet televiziyasında da onunla bağlı rolikə baxdım. Hesab edirəm ki, bu qısametrajlı rolikə baxanlar R.Qazıyev kimilərinin hansı məzhəbə qulluq etdiyini bir daha gördü. Ona görə də bu kimi insanların dediklərini önəmsiz bir fikir kimi dəyərləndirmək lazımdır. Bizim karvan gedir və onun ətrafında kimin nə danışması o karvanın getməyinə heç bir təsir göstərməyəcək. Bu Azərbaycanın dövlətinin inkişaf karvanıdır. Məhz buna görə də zamanımızı, vaxtımızı bu tipli adamların dediklərinə sərf etməyə belə ehtiyac yoxdur. İnsanların yaddaşında R.Qazıyev və onun kimilər Azərbaycana ziyan vuran adamlar kimi qalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB