Eldar Mahmudov: "Ölkənin imicinə xələl gətirilməsi üçün səy göstərilir"
"Son dövrlər bəzi xarici dairələr tərəfindən təhdidlərin artması, anti-Azərbaycan fəaliyyətə müxtəlif pozucu elementlərin cəlb edilməsi müşahidə olunur. Son hadisələr də bu məqamı təsdiqləyir. Bəzi dövlətlərin xüsusi xidmət orqanları və dini ekstremist dairələri ölkəmizdə radikallaşmaya rəvac verməyə çalışırlar". Bu barədə MTN-in İctimai Əlaqələr Mərkəzindən SİA-ya verilən məlumata görə, bunu milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Azərbaycanın sürətlə inkişaf edir: "Azərbaycanın nüfuzu hər gün artmaqdadır. Respublikamızda bir çox mötəbər tədbirlər, eləcə də mədəniyyətlərarası dialoqların keçirildiyi mərkəzə çevrilib. Bütün bu nailiyyətlərin müəyyən pozucu qüvvələr və düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır".
E.Mahmudov vurğulayıb ki, destruktiv qüvvələr tərəfindən sabitliyin pozulması, ölkənin imicinə xələl gətirilməsi üçün səylər göstərilir: "İctimaiyyətə məlumat verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun birgə tədbirləri nəticəsində bir qrup şəxs saxlanılıb, onların yaşadıqları ünvanlardan icazəsiz mitinqlərdə istifadə üçün butulkalarda "Molotov kokteyli" adlanan maye aşkar edilib. Qeyd olunmalıdır ki, anti-Azərbaycan dairələr öz fəaliyyətlərini ölkəmiz üçün həssas sayılan dövrlərdə xüsusilə genişləndirməyə çalışırlar. Təhlükəsizlik və sabitlik həm normal yaşayış və fəaliyyət, həm də dövlətin inkişafı və nüfuzu üçün mühüm şərtlərdir. Ona görə də adiyyati hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təmin olunması ümdə məsələlərdəndir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB