XİN rəhbəri: "Əməkdaşlığımız xeyirli olacaq"

XİN rəhbəri: "Əməkdaşlığımız xeyirli olacaq"

"Gürcüstan, Azərbaycan və Türkiyəni yalnız neft və qaz boruları deyil, həm də siyasət və mədəniyyət birləşdirir. Biz "Trabzon" bəyannaməsi çərçivəsində yeni formatda əməkdaşlığa başlamışıq ki, o, siyasət, mədəniyyət, cəmiyyətin inkişafı və başqa sahələrdə əlaqələrin dərinləşməsinə gətirib çıxaracaq. Bizim bu sahələrdə bir-birimizlə bölüşməyə çox şey var". SİA-nın məlumatına görə, bunu Batumidə Gürcüstanın xarici işlər naziri Mayya Pancikidze XİN rəhbərlərinin üçtərəfli görüşündən əvvəl açıqlamasında bildirib.

Pancikidze qeyd edib ki, üçtərəfli görüşdə 2013-2015-ci illərdə idarələrarası əməkdaşlıq çərçivəsində iş planı müəyyənləşəcək.

"Biz bir-bizimizə çox şey verə bilərik. Mən hesab edirəm ki, bizim əməkdaşlığımız xeyirli olacaq",- deyə Gürcüstan XİN rəhbəri bildirib.

Qeyd edək ki, Batumidə Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin iştirakı ilə ikinci üçtərəfli görüş keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə