Politoloq: “Azərbaycan hərbi istiqamətdə konkret addımlar atmalıdır”
"Amerika Birləşmiş Ştatlarının (ABŞ) hər hansı bir addımı və razılığı olmadan İsrail dövlətinin Türkiyədən üzr istəməsi mümkünsüz idi. İsrail birmənalı şəkildə bütün addımlarını ABŞ-la razılaşdırılmış şəkildə atır". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəhbəsi Partiyasının sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bundan əvvəl Mavi Mərmərə gəmisi ilə əlaqədar baş vermiş hadisələr necə ki Rəcəb Tayyip Ərdoğan (Türkiyənin baş naziri) hökumətinin mövqelərini İslam dünyasında, Ərəb dünyasında gücləndirməyə xidmət edirdisə, indiki addım da Türkiyədəki PKK açılımı ilə bağlı olan məsələyə dəstək vermək xarakteri daşıyır: "İndiki şəraitdə Ərdoğan hökümətinin reytinqi xeyli aşağı düşüb".
E.Mirzəbəyli Türkiyə-İsrail arasındakı gərginliyin aradan qalxmasının Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə təsiri ilə bağlı məsələyə də aydınlıq gətirib: "Çox təəssüflər olsun ki, ikinci Dünya müharibəsinin nəticələri hələ də dünyanın idarə olunmasında özünü göstərir. Baxmayaraq ki artıq dünyanın düzəni dəyişib, kifayət qədər zaman keçib, bu reallıqlar dəyişməyəcəyi təqdirdə və yaxud BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətin (Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransa) mövqeyində Ermənistana münasibətdə heç bir addım atılmasa bu prosesdən hər hansı irəliləyiş gözləmək olmaz. Yəni istər ABŞ, istər Rusiya, istərsə də digər dövlətlər Dağlıq Qarabağ münaqişəsində status-kvonun dəyişməsində maraqlı deyillər. İndiki şəraitdə bu açıq-aşkar görünür. Çünki diqqət artıq fərqli istiqamətlərə yönəlib. Belə ki, Cənubi Qafqaz hazırda dünyanın gündəmində prioritet məsələ deyil. Digər tərəfdən isə Rusiya BMT TŞ-nın üzvü, həm də Ermənistanın müttəfiqi kimi regionda nəzarəti qoruyub saxlamaq üçün DQ-nin, eləcə də digər münaqişələrin mövcudluğunda maraqlıdır. İndiki şəraitdə ABŞ-ın bu münaqişənin ədalətli həllində marağı yoxdur. Bununla belə, Avropa Birliyinin də mövqeləri açıq şəkildə ortadadır. Belə olan təqdirdə, Azərbaycan öz mövqelərini daha da gücləndirməli və mövcud olan bu reallıqların dəyişdirilməsi üçün həm diplomatik, həm də hərbi istiqamətdə konkret addımlar atmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB