"Əli Kərimli çağa saxlamaqdan bezmədimi?"

Etibar HÜSEYNOV
"Əli Kərimli çağa saxlamaqdan bezmədimi?"

Millət vəkili Etibar Hüseynov Azərbaycanda seçki ilinin olmasına baxmayaraq siyasi gündəmin səssizliyindən şikayətlənərək müxalifəti ittiham edib.

Millət vəkili bu barədə Facebook hesabında status da yazıb:

"Türklər demişkən - pıkdım yaa. Bu məmləkətdə nədən heç nə baş vermir?.. Saytları vərəqləməkdən yoruldum. Hec nə yoxdu. İnsanlarımız xəbər yanğısını Türkiyə, Rusiya saytlarında, TV-lərində söndürür. Nə vaxtadək? Guya ki, seçki ilidir. Başqa ölkələr olsaydı indi müxalifət liderləri öz fikirlərini, müsahibələrini dərc etdirmək ücün mətbuata milyonlar xərcləyərdilər. Bizim xəbərçilərsə pulsuz dərc etmək ücün informasiya dilənirlər az qala. Bəs hardadı müxalifət? İsa Qəmbər yumurta döyüşdürməkdən, Əli Kərimli çağa saxlamaqdan bezmədimi? Axı seçkilərə cəmisi 7 ay qaldı. Sonda da aləmə car cəkib deyəcəklər ki, bəs biz seçkilərdə qalib gəldik, amma iqtidar saxtalaşdırdı. Seçkini tanıyan xarici təşkilatları topa tutacaqlar ki, satıldılar. Milləti qınayacaqlar ki, bəs mitinqlərimizə gəlmədi.Və.s. və i.

Hələ də vahid namizədləri yoxdur. Namizədliyə - namizəd kimi ironiya doğuracaq fikirdən başqa hec nə əmələ gətirə bilməyiblər. Deyəndə ki, yoxsunuz, tükənibsiniz - onda da xətirlərinə dəyir. Nə vaxtadək davam edəcək bu ölü sükut? Nə vaxtadək özü hərbi xidmətdə olmayan uşaq-muşağı aldadıb çıxaracaqsınız küçələrə? Nə vaxadək əvvəl yazıb sonrasa üzr istəyib yalvaracaqsınız? Yetər artıq. Bu fərasətsizlik və qorxaqlığınızı malalamaq keçmir daha. Odur ki, özünüzdə cəsarət tapıb təslim olun. Ağ bayraq qaldırıb diz çökün, əfv diləyin bu iqtidardan, üzr istəyin bu xalqdan. Və gedin bacardığınız işin qulpundan tutmağa-yumurta döyüşdürməyə, papaq atmağa, çağa saxlamağa".

Bütün xəbərlər Facebook səhifəmizdə