Azərbaycan Ordusunun əsgəri yaralandı

Azərbaycan Ordusunun əsgəri yaralandı

Erməni silahlılarının atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. SİA-nın məlumatına görə, Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Fariz Abdullayev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Hadisə ötən gün cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb. Qeyd edək ki, dünən cəbhənin sözügedən istiqamətində atışma nəticəsində ermənilər itki verərək geri çəkiliblər, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Mehman Sadıqov isə düşmən gülləsinə tuş gələrək şəhid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə