KİVDF növbəti dəfə jurnalistləri mükafatlandırıb YENİLƏNİB-FOTO

KİVDF növbəti dəfə jurnalistləri mükafatlandırıb YENİLƏNİB-FOTO

Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın məlumatına görə, mərasim "Altun" Restoranında keçirilib. Mükafatlandırma mərasimində KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli çıxış edərək müsabiqədə qalib gələn jurnalistləri təbrik edib. Qeyd edilib ki, müsabiqəyə 10 istiqamət üzrə 83 yazı təqdim olunub. Yazıları 3 qrupda 9 ekspert qiymətləndirib: "Hər istiqamət üzrə 3 qalibə 1000 manat məbləğində mükafat, bir sıra şəxslərə isə 300 manat məbləğində həvəsləndirici mükafat verilib. Gələcəkdə belə layihələrin sayının artırılmasına çalışılacaq".

Daha sonra mükafatlandırma mərasimində çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, mediasız, siyasi partiyalarsız, ictimai təşkilatlarsız Azərbaycan cəmiyyətinin gələcəyini təsəvvür etmək mümkün deyil: "Burada məqsəd təkcə jurnalistlərin daha yaxşı yazı nümunələrini təqdim edib onlara pul mükafatları vermək deyil, eyni zamanda, media nümayəndələrini bir araya gətirərək onlar arasında yeni bir ünsiyyət növü yaratmaqdır. Bu ünsiyyətdə siz bir tərəfdən bir-birinizlə yaradıcılıq müvəffəqiyyətlərinizi bölüşürsünüz, digər tərəfdən, şəxsi tanışlığınızı inkişaf etdirirsiniz, media rəhbərləri ilə yaradıcılıq uğurlarınızı bölüşürsünüz. Digər bir tərəfdən, medianın bir-biri ilə ünsiyyəti, o cümlədən ölkəmizin tanınmış, nüfuzlu, hörmətli insanları ilə belə ünsiyyətlər vətəndaş cəmiyyətinin quruculuğunda, siyasi plüralistik cəmiyyətin formalaşmasında media ilə insanlar, media ilə məmurlar, media ilə cəmiyyət arasında ünsiyyətin yaxşılaşdırılmasına, intensivləşməsinə xidmət göstərir".

Mərasimə jurnalistlərin mükafatlandırılması ilə yekun vurulub.

Qaliblər

1. Musayev Hümbət Kazım oğlu "Respublika" qəzetinin Baş redaktorunun müavini

2. Rəhimzadə Nail Arif oğlu "İki sahil" qəzetinin bölmə müdiri

3. Əliyev Abdulla Hacıağa oğlu "Göyçay" qəzetinin redaktoru

4. Nuriyev Azər Vasif oğlu "Kaspi" qəzetinin şöbə müdiri

5. Fərzullalı Zahid Səfər oğlu "Yeni Musavat" qəzetinin redaktoru

6. Bağırlı Böyükxan Yadulla oğlu "Yeni Gün" qəzetinin baş redaktoru (Cəlilabad)

7. Kərimova Şəmsiyyə Musa qızı "Yeni təfəkkür" qəzetinin baş redaktoru

8. Rəsulov Qvami Məhəbbət oğlu "Zaman Azərbaycan" qəzetinin şöbə müdiri

9. Məmmədov Muxtar Məmməd oğlu "Şərq qapısı" qəzetinin məsul katibi (Naxçıvan MR)

10. Abbaslı Adəm Famil oğlu "Azadinform" Müstəqil İnformasiya agentliyi

11. Quliyev Cəmaləddin Həsən oğlu "Publika.az" informasiya portalı

12. Abdullayev Anar Bayram oğlu "Şərq" qəzetinin redaktoru

13. Məmmədov Elşən Ağamirzə oğlu "Lent.az" informasiya agentliyi

14. İsmayılov Nadir Nəbi oğlu "Yeni Azərbaycan" qəzetibib şöbə redaktoru

15. Maxsudova Lalə Ziyad qızı "Qobustan" qəzetinin baş redaktoru

16. Səfərova Samirə Məmmədhənifə qızı "Bakı xəbər" qəzeti baş redaktorun müavini

17. Əliyev Rauf Feyzulla oğlu "Xalq" qəzetinin siyasi analitik qrupun üzvü

18. İbrahimov İbrahim Bəxtiyar oğlu "Zaqatala" qəzetinin redaktoru

19. Bayramov Mübariz Ramiz oğlu "Mövqe" qəzetinin müxbiri

20. Quliyeva Gültəkin Ələsgər qızı "Modern.az" informasiya portalının müxbiri

21. Hüseynzadə Fuad Abı oğlu "Palitra" qəzetinin müxbiri

22. Həsənov Əlisəfa Ağaxan oğlu "Respublika" qəzetinin Bölgə müxbiri

23. Əfəndiyeva Xavər Mustafa qızı "Şəlalə" qəzetinin redaktor müavini (Qax rayonu)

24. İbrahimov Əli Zülfüqar oğlu "Həftə içi" qəzetinin müxbiri

25. Həsənov Vaqif Cəlil oğlu "Bakı xəbər" qəzetinin redaktoru

26. Bayramov Nardar Məmməd oğlu "Yeni Azərbaycan" qəzetinin müxbiri

27. Nəsibova Xanım Hopal qızı "Kür" qəzetinin müxbiri (Yevlax)

28. Abdullayeva Fəxriyyə Sakit qızı "Mədəniyyət" qəzetinin müxbiri

29. Məmmədova Aytən Əmrah qızı "Azadlıq" qəzetinin müxbiri

30. Niftəliyev Bayram Qiyas oğlu "Qayıdış" qəzetinin müxbiri (Füzuli rayonu)

Həvəsləndirici mükafat alan jurnalistlər

1. Salahov Elxan İsa oğlu "Həftə içi" qəzetinin redaktoru

2. Aslan Aqil İsmayıl oğlu "Ekspress" qəzetinin müxbiri

3. Nəbili Emin Ağahüseyn oğlu "Üç nöqtə" qəzetinin müxbiri

4. Əliyev Azad Akif oğlu "Həftə içi" qəzetinin müxbiri

5. Quliyev Mirbağır Balaoğlan oğlu "Xalq" qəzetinin əməkdaşı

6. Məlikov Rüstəm Sadıq oğlu "Qələbə" qəzetinin Baş redaktoru (Salyan)

7. Quluyevə Zülfiyyə Telman qızı "Mövqe" qəzetinin müxbiri

8. Həmidli Sevinc Mürvət qızı "525-ci qəzet"in müxbiri

9. Namazov Elçin Sabir oğlu "İki sahil" qəzetinin şöbə müdiri

10. Hüseynova Pərvanə Rafiq qızı "The business times" qəzetinin müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə