"Suriyada baş verən hadisələrin Cənubi Qafqazla bilavasitə əlaqəsi yoxdur". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Suriyada baş verən hadisələrin Cənubi Qafqaza təsiri ilə bağlı sualı cavablandırarkən deyib. Onun sözlərinə görə, Suriya Rusiyanın şərqdə son dayaq nöqtəsi olduğundan, bu ölkəni itirmək istəmir: "Suriyada baş verənlərin Cənubi Qafqaza elə bir təsiri olmasa da, hər hadisədə olduğu kimi bu hadisələrin də bəzi təsirləri Cənubi Qafqazda hiss olunur. Bunlardan başlıcası Suriyadan qaçan ermənilərin Ermənistanda yerləşdirilməsi məsələsidir. Doğrudur, onların sayı bir o qədər çox olmasa da, Ermənistan onları Azərbaycan ərazilərində məskunlaşdırmağa çalışır. Hesab edirəm ki, Suriyadan qaçan ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması məsələsini diqqətdən kənar saxlamaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB