Son iki ayda “ASAN Xidmət” mərkəzinə 32754 vətəndaş müraciət edib

Son iki ayda “ASAN Xidmət” mərkəzinə 32754 vətəndaş müraciət edib

Azərbaycan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinə 15 yanvar tarixindən mart ayının 17-nə kimi (60 gün ərzində) 32754 vətəndaş müraciət edib. Dövlət agentliyindən SİA-ya verilən məlumata görə, müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar sayca üstünlük təşkil edib.

Qeyd edək ki, hazırda 1 saylı Bakı "ASAN Xidmət" mərkəzində Binəqədi, Nərimanov və Nəsimi rayon sakinlərinə 9 dövlət orqanı üzrə 23 xidmət göstərilir.

Bütün xəbərlər Facebook səhifəmizdə