Söhrab Abdullayev: “Maşallah Abdullayevlə yanaşı, BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil”
BAXCP rəsmi mövqeyini açıqladı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının Baş katibi Söhrab Abdullayev BAXCP Goranboy rayon təşkilatının sədri Maşallah Abdullayevin və rayon təşkilatının digər üzvlərinin partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. SİA-nın məlumatına görə, Söhrab Abdullayev BAXCP-nin mətbuat xidmətinə açıqlamasında bildirib ki, Maşallah Abdullayevin partiyadan getməsi və "El" hərəkatına qoşulması ilə bağlı məsələ BAXCP İdarə Heyətinin martın 18-də keçiriləcək növbəti iclasında rəsmiləşdiriləcək: "Maşallah Abdullayevlə yanaşı, BAXCP Goranboy təşkilatının digər üzvlərinin də partiyadan getməsi barədə mətbuatda yayılan məlumatlar doğru deyil. Maşallah Abdullayevə isə uğurlar arzulayırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə