Əli Əhmədov: "Aviareysin açılması münaqişənin həllində maneədir"

Əli Əhmədov: "Aviareysin açılması münaqişənin həllində maneədir"

"Bu məsələyə münasibətimiz çox mənfidir. Biz Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi həll olunmadan hər hansı bir addım atılmasını istəmirik". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, millət vəkili Əli Əhmədov Türkiyədə Van - İrəvan aviareysinin açılmasına münasibət bildirərkən deyib.

İcra katibi qeyd edib ki, Türkiyə hökuməti rəsmiləri Ermənistanla hər hansı bir danışığa gedilməyəcəyini dəfələrlə bəyan ediblər: "Belə bəyanatlar fonunda Ermənistan - Türkiyə arasında aviareysin açılması mübahisə yaradır. Hesab edirəm ki, Türkiyə tərəfi bu məsələyə görə izahat verəcək. Belə bir reysin açılması Azərbaycan torpaqlarının işğaldan azad olunmasına maneə yaradacaq".

Əli Əhmədov həmçinin əlavə edib ki, Azərbaycan torpaqları işğaldan azad olunmadan Türkiyə ilə Ermənistan arasında yumşalma bütövlükdə ziddiyyətli məqamlara gətirib çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə