Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə