PA rəsmisi: “Azərbaycan işğalçı rejimlə hər hansı bir təmasın əleyhinədir"

PA rəsmisi: “Azərbaycan işğalçı rejimlə hər hansı bir təmasın əleyhinədir"

"Azərbaycan işğalçı rejimlə - Ermənistanın bugünkü hakimiyyəti ilə hər hansı bir təmasın əleyhinədir. Xüsusən də bu təmas dost dövlətlər tərəfindən olduqda!" Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan Van ilə İrəvan arasında aviareysi işğalçı rejimə, Ermənistanın rəsmi dairələrinə verilən dəstək kimi dəyərləndirir: "Bir müddət əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı həyata keçirilən separatçı fəaliyyət Türkiyənin rəsmi dairələri və ictimaiyyəti tərəfindən dəstəklənmədi. Azərbaycan Ermənistanla istənilən təmasa işğalçı rejiminin gücləndirilməsi faktı kimi yanaşır. Çünki bu, Azərbaycanın işğal alıtında olan torpaqlarının azad olunması prosesini uzadır. Ona görə də, həm Azərbaycan ictimaiyyəti, həm də Azərbaycan hakimiyyəti Ermənistanla sərhədlərin açılmasına, gediş-gəlişin intensivləşdirilməsinə, bu dövlətin siyasi, iqtisadi strukturları ilə hər hansı əlaqələrin qurulmasına birmənalı şəkildə mənfi yanaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə