Əflatun Amaşovdan mətbuata TƏŞƏKKÜR!

Bu gün Mətbuat Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Mətbuat Şurası artıq 10 ildir ki, fəaliyyətini uğurla davam etdirir. O, Mətbuat Şurasının yüksək standartlara cavab verən ofislə təmin olunmasına, eyni zamanda Şuraya indiyədək göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib: "Mətbuat Şurası fəaliyyət göstərdiyi illər ərzində minlərlə şikayətə baxıb. Vətəndaşlar hüquq-mühafizə orqanlarına deyil, Mətbuat Şurasına müraciət ediblər. Həmin şikayətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib. Bizim hər bir iradımız və töhfəmiz mətbuat tərəfindən hörmətlə qarşılanır. Biz indiyədək fəaliyyətimizə dəstək verən bütün mətbuat orqanlarına təşəkkürümüzü bildiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə