Hadı Rəcəbli: “Azərbaycan cəmiyyəti ayıq olmalıdır”

Hadı Rəcəbli: “Azərbaycan cəmiyyəti ayıq olmalıdır”

Azərbaycanın müstəqil siyasət yürütməsi çoxlarını qıcıqlandırır. Ermənistanın oyuncaq dövlət olduğu və kimlərinsə diqtəsi ilə hərəkət etdiyi hər kəsin gözü önündədir. Bunu SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Rusiya və Ermənistan prezidentlərinin Moskvada təşkil olunan təkbətək görüşünə münasibət bildirərkən deyib.

H.Rəcəblinin sözlərinə görə, Azərbaycanı kölə etmək üçün çoxlu təşəbbüslər irəli sürülür: "Bunu daha çox istəyən Rusiyadır ki, Azərbaycanı öz diqtəsi ilə idarə etmək istəyir. Bu isə cənab prezident İlham Əliyev siyasətinə, Azərbaycanın dövlət və milli maraqlarına ziddir. Bunu nəzərə alaraq Azərbaycan sərbəst və dostluq siyasətinə əsaslanan xarici siyasət qurub. Burada isə Ermənistanın ikiüzlü və yaltaq siyasəti hər kəsə məlumdur. Bundan da Rusiya öz məqsədləri üçün istifadə edir. Məhz bu təqdirdə Azərbaycan cəmiyyəti ayıq olmalıdır. Müstəqilliyimizi qorumaq üçün müxalifətin bəzi şoularına qatılmamalı və prezidentimizi qorumalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə