Milli Məclisdə yeni qanunlar müzakirəyə çıxarılacaq

Milli Məclisdə yeni qanunlar müzakirəyə çıxarılacaq

Milli Məclisdə qanun yaradıcılığı iki istiqamətdə aparılır. Birinci qanunlara əlavə və dəyişikliklərdir. ikincisi isə yeni qanunların qəbul olunmasıdır. Əsas məqsəd isə xalqın rifahına xidmət edən qanunların qəbul olunmasıdır. Bunu SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Komitə sədrinin sözlərinə görə, bu günlərdə yeni bir qanun layihəsi ortaya qoyulub: "Bu "Uşaqların icbari dispanterizasiyasıdır. Bu qanunun ən aşağı maliyyə tutumu 100 milyon manatdır. Bununla belə ortaya 100 milyonluq layihə qoyulub ki, burada da məqsəd 18 yaşına qədər uşaqların sosial müdafiəsinin daha da gücləndirilməsidir. Digər bir qanun layihəsi ətrafında isə işlər davam etdirilir. Bu layihə də "Uşaqların asudə vaxtının və sağlamlığının qorunması"ndan ibarətdir. Bu da çox maraqlı bir layihədir. Bura başlıca olaraq uşaq istirahət düşərgələrinin yaradılması və onların yay təətilinin təşkili və uşaqlarla bağlı məsələlər daxildir. Digər bir layihə isə "Uşaq evlərindən Ali məktəblərə daxil olan uşaqların təhsil haqqının dövlət hesabına ödənməsidir. Bu da valideynindən məhrum olmuş uşaqlara böyük dəstək olacaqdır. Bununla belə daha bir layihə sağlamlığın qorunması haqqında qanuna edilə biləcək əlavə və dəyişikliklərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə