Asəf Hacıyev: “Aleks Qriqoryevs qanun çərçivəsində öz cavabını alacaq”

Asəf Hacıyev: “Aleks Qriqoryevs qanun çərçivəsində öz cavabını alacaq”

Azərbaycanın daxili işlərinə heç kim qarışa bilməz. Ümumiyyətlə, bu kimi addımlar qanundan kənar proseslərdir. Bunu SİA-ya millət vəkili Asəf Hacıyev ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqoryevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

Parlament üzvünün sözlərinə görə, əgər ABŞ-ın nümayəndəsi demokratiya haqqında danışırsa, ilk növbədə başa düşməlidir ki, o digər ölkənin daxili işlərinə qarışa bilməz və qarışmamalıdır: "Əgər bu informasiya öz təsdiqini taparsa A.Qriqoryevs də qanun çərçivəsində öz cavabını alacaq. Azərbaycan dövləti bu istiqamətdə bütün lazımi imkanlarından istifadə edəcək. Axı necə ola bilər ki, A.Qriqoryevs kimi başqa bir dövlətin vətəndaşı ölkəmizin daxili işlərinə qarışsın. Bu insan kimisə dəstəkləyə bilər, amma onun Azərbaycan müxalifətinə dəstək nümayiş etdirilərək qarşıdurma yaratması yolverilməz hesab olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə