Bu gün Rumıniya Deputatlar Palatasının (parlament) spikeri Valeriu Zgoneanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. SİA-nın məlumatına görə, nümayəndə heyəti bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Bu gün rumıniyalı spikerin Mili Məclisin sədri Oqtay Əsədovla görüşü baş tutacaq. Daha sonra qonağın Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü də nəzərdə tutulur. Səfər çərçivəsində V. Zgoneanın bir sıra tədbirlərə qatılması da gözlənilir. Qeyd edək ki, V. Zgoneanı səfərdə Rumıniya parlamentinin üzvləri müşayiət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB