"Azərbaycan dövlətçiliyi çox möhkəm əllərdəddir. Dövlətimizin təhlükəsizlik sistemi elə qurulub ki, onu heç bir qüvvə sarsıda bilməz". Bunu SİA-ya Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Vitse-spikerin sözlərinə görə, sosial şəbəkələr vasitəsilə mitinqə, ölkə dövlətçiliyinə eləcə də ordumuza qarşı çağırışlar yolverilməzdir: "Çox təəssüf edirəm ki, bizim bəzi gənclərimiz quruculuqla deyil, əksinə dağıdıcılıq işləri ilə məşğul olurlar. Onlara çağırış edərək demək istəyirəm ki, öz səmərəli vaxtlarını, planlarını yaxşı işlərə (quruculuq, elmə, təhsilə və s.) sərf etsinlər. Hesab edirəm ki, bu kimi addımların heç bir nəticəsi olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB