Yunanıstanın qaz satışı, nəqli və paylanması ilə məşğul olan "DEPA" şirkətinin səhmlərinin satın alınması ilə bağlı keçiriləcək tenderdə əsas rəqabət Azərbaycan dövlət neft şirkəti "SOCAR" və Rusiyanın "Qazprom" şirkətləri arasında gedir. Bunu SİA-ya açıqlamsında iqtisadçı-ekspert Vüqar Bayramlı deyib.
Onun sözlərinə görə, "Qazprom" həmin şirkətin səhmlərinin "SOCAR" tərəfindən alınmaması müqabilində "DEPA"-nın törəmə şirkətinin səhmlərinin alınmasını təklif edir: "Qazprom"-un bu təklifinə baxmayaraq "SOCAR" "DEPA"-nın səhmlərinin alınmasında iştirak edəcək. Bu da onunla bağlıdır ki, Yunanıstandakı böhran səbəbilə təklif edilən qiymət bazar qiymətindən aşağıdır. "Socar"ın digər ölkələrdə, o cümlədən Türkiyədə, İsveçrədə və MDB-nin bir sıra ölkələrində bu tip layihələrdə uğur qazandığını nəzərə alsaq, keçiriləcək tenderdə qalib gəlmək şansları çoxdur".
İqtisadçı-ekspert bildirdi ki, "Qazprom" birmənalı şəkildə bu məsələdə iştirakçı dövlətlərə təzyiq etməyə çalışır: "Bu məsələdə "Qazprom"-un belə sərt mövqe sərgiləməsi səhmlərə sahib olmaqla Yunanıstanda və Avropada monopoliyasını qoruyub saxlamaq məqsədidir. "DEPA" Qazprom üçün Rusiyanın Avropadakı inhisarını qoruyub saxlamaq üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, "SOCAR"-ın bu tenderdə qalib gəlmək şansları böyükdür".
V.Bayramlı "SOCAR"-ın tenderdə qalib gələcəyi halda Rusiya və "Qazprom"un Azərbaycana mümkün təzyiqləri barədə məsələyə də münasibət bildirib: "SOCAR"-ın qalib gələcəyi təqdirdə Rusiya və "Qazprom"un Azərbaycana təzyiqlər edəcəyini gözləmirəm. Çünki , "Qazprom"un belə bir mexanizmləri yoxdur. Bu baxımdan Dövlət Neft Şirkəti regionda və bazarda aparıcı şirkətlərdən biridir. Baxmayaraq "Qazprom" dolayı vasitələrlə "SOCAR"-ı bu tenderdə iştirakını əngəlləməyə çalışır. Buna baxmayaraq "Qazprom"un "SOCAR" təzyiq imkanları xeyli məhdudur. Çünki, Avropa dövlətləri birmənalı şəkildə tenderdə "Qazprom"un deyil, "SOCAR"ın qalib gəlməsinə maraqlıdır.
Qeyd edək ki, "DEPA" şirkəti Yunanıstanda qazın satışı, nəqli və paylanması ilə məşğuldur. Hazırda şirkətin səhmlərinin 65%-i Yunanıstan hökumətinə, 35%-i isə "Hellenic Petroleum S.A." neft emalı şirkətinə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB