Son günlər sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində, ümumiyyətlə ictimaiyyət arasında Azərbaycan Silahlı Qüvvələri barədə qərəzli, həqiqətə uyğun olmayan məlumatlar geniş yer alır. Bu yolla ölkəmizin vətəndaşları olan bir qrup şəxslər düşmən qüvvələrin bizə olan münasibətlərindən yararlanaraq daim ölkəmizə qarşı qərəzli mövqedən yanaşır, böhtan xarakterli çıxışlar edir. Şəxsi mənafelərini güdərək ordu haqqında yanlış informasiyalar ötürməklə ordumuzu aşağılamağa çalışırlar. SİA-nın verdiyi xəbərə görə, bu fikirlər Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə "Ordu-cəmiyyət əlaqələri: reallıqlar və perspektivlər" mövzusunda dəyirmi masada səsləndirilib.
Tədbirdə çıxış edən "Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi" İctimai Birliyinin sədri Emin Həsənli bir qrup gənc tərəfindən keçirilən aksiyaların Azərbaycan ordusu və Azərbaycan dövlətinin əleyhinə qarşı təxribat xarakteri daşıdığını bildirib. Onun sözlərinə görə, dövlətçiliyə qarşı olan bəzi şəxslər bir qrup gənci aldadaraq onlardan istifadə edir, xalqın adından danışır: "Son vaxtlar ölkəmizin vətəndaşları olan bir qrup şəxs düşmən qüvvələrinin bizə olan münasibətindən yararlanaraq daim ölkəmizə qarşı qərəzli mövqedən yanaşır, böhtan xarakterli çıxışlar edirlər. Onlar şəxsi mənafelərini güdərək ordumuzu aşağılamağa çalışırlar. Bununla bağlı keçirilən mitinqlər də buna bariz nümunədir. Bu gün Azərbaycan gəncliyi Azərbaycan dövlətini və onun siyasətini dəstəkləyir və dəstəkləyəcək. Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Biz imkan verməyəcəyik ki, bu şəxslər Azərbaycan ordusunu aşağılasın, ordunun və dövlətin imicinə zərbə vursun".
E. Həsənli vurğulayıb ki, əsgər ölümləri digər xarici ölkələrdə də baş verir: "Təəssüflər olsun ki, heç bir ölkədə buna qarşı aksiyalar keçirilmir. Azərbaycan ordusuna ictimai nəzarət olmaması barədə fikirlər isə yanlışdır. Çünki aidiyyatı QHT-lər tərəfindən orduya nəzarət var.
"Qaçqın və Məcburi Köçkün Gənclər" təşkilatının sədri Vüqar Qədirli də keçirilən aksiyaları Azərbaycana qarşı həyata keçirilən təxribatın yeni dalğasının başlanmasının göstəricisi olduğunu deyib: "Qərb dövlətləri həmişə Azərbaycana qarşı buradakı qüvvələr vasitəsilə təxribat hazırlayıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB