Əli Orucov: “Artıq bəzi qüvvələr Azərbaycanın müstəqil olduğunu anlamalıdır”
ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məlumatlara qeyri-ciddi yanaşılmalıdır. Bunu SİA-ya açıqlamasında Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətə dəstəyi və 2 milyonluq "Facebook" inqilabına dair məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan zəif dövlət deyil ki, 2 milyon dollarla hər hansı bir məqsədə nail olmaq olsun: "Bu məsələyə qeyri-ciddi və hər hansı bir KİV nümayəndəsinin şəxsi təxəyyülü kimi yanaşıram. Bu kimi məsələlər inandırıcı deyil. Buna inansaq, deməli Azərbaycan zəif dövlətdir və hər kəs bu ölkədə istədiyini həyata keçirə bilər. Bir sözlə, bu əsassız iddialardır. Azərbaycan dövlətinin əsasları və stünları var. Nəinki 2 milyon dollar, heç bir məbləğlə Azərbaycanda belə inqilabları gerçəkləşdirmək mümkün deyil. Doğrudur, bəzi qüvvələr Azərbaycanda qarışıqlıq yaratmaq istəyir. Amma onlar başa düşməlidirlər ki, Azərbaycan müstəqil dövlətdir və beynəlxalq aləmin ayrılmaz tərkib hissəsi, subyektlərindən biridir. Bundan əlavə Azərbaycan regionun aparıcı dövlətidir. Bu kimi vasitələrlə Azərbaycanda sabitliyi pozmaq mümkün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB