Aydın Mirzəzadə: “Aleks Qriqorevs müxalifəti məqsədyönlü şəkildə maliyyələşdirir”
"ABŞ-ın Milli Demokratiya İnstutu və onun Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifəti və bəzi müxalif yönümlü QHT-ləri maliyyələşdirməsi faktı təsdiqini taparsa bu böyük bir qalmaqala səbəb olacaq". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin ötən gün təşkil etdiyi qanunsuz aksiyanı maliyyələşdirməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, MDİ-nun Bakı ofisinin rəhbəri A.Qriqorevsin bu fəaliyyəti Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilməlidir: "Hesab edirəm ki, ortada pul məsələsi var. Buna görə də A.Qriqorevs müxalifəti məqsədyönlü şəkildə maliyyələşdirir. Bu maliyyələşmənin nəticəsidir ki, aylarla səssiz yatan müxalifət ayılır və gəncləri meydanlara çıxarır. Onlara "molotov kokteyl"ləri hazırlatdıraraq hakimiyyətlə mübarizəsini tamam başqa bir müstəviyə keçirməyə çalışır. Bu hadisə eyni zamanda müxalifətin iç üzünü, əsas məramını ortaya çıxarır. Belə ki, aksiyalarda tutulanlara tətbiq olunan cərimələr çox qısa bir zamanda ödənilir. Tutulan tələbələrdən birinin evindən çıxan 94 min manatın da mənbəyi aydın olur. Hesab edirəm ki, belə hərəkətlər yolverilməzdir. Bu hərəkətlər Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilədir. Həmçinin bu Azərbaycan müxalifətinin kənardan maliyyələşdirilməsidir. Bu da özlüyündə Azərbaycan üçün yaxşı heç nə vəd etmir".
Millət vəkili bildirdi ki, bu tip addımlar atan xarici qüvvələr insanların sosial şəbəkəyə olan marağından istifadə etməyə çalışır: "Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri A.Qriqorevs Azərbaycanda fəaliyyət göstərdiyi 3 il ərzində öz hesabından 2 milyon dollar vəsait xərcləyib. Maraqlı budur ki, bu vəasitlərin hara xərcləndiyi barədə məlumat verilmir. Bu hadisə bu qədər vəsaitin hara xərcləndiyini gözlər önünə sərir. O, sosial şəbəkə vasitəsi ilə təxribat yaratmaq istəyir. Ancaq bu Azərbaycanda öz bəhrəsini vermədi. Çünki sonuncu aksiyada cəmi 200-300 adam iştirak etdi. Baxmayaraq ki, 20 minə qədər insanın çıxacağı qeyd edilirdi. Deyə bilmərəm bəlkə də 20 min insanın pulu alınıb və cəmi 200 adam çıxarılıb. Bu onların daxili mühasibatıdır. Ən əsası onların Azərbaycanda sosial şəbəkə ilə süni inqilabi stiuasiya yaratmaq cəhdləri boşa çıxdı. İnsanlar onlara inanmadılar. Onların arxasınca getmədilər. Bu bir daha göstəriri ki, Azərbaycanın daxili işlərinə xaricdən qarışmaq yolverilməzdir. Ölkədə proseslər daxili münasibətlər əsasında getməlidir. Həmçinin vaxtaşırı etiraz etmələrinə baxmayaraq Azərbaycan müxalifətinin maddi mənbələri də bu kimi olaylarla ortaya çıxır. Müxalifət bu maliyyə dəstəyinin qarşılığında aksiyalara 20 min adamın çıxarılacağı sözü verir. Ortada pul məsələsi olduğundan müxalifətin kütləvi aksiyalara marağı artır. Baxmayaraq ki, aksiyalar əsgər ölümlərinə etiraz olaraq keçirilir. Maraqlıdır ki, nə aksiyada nə də aksiyadan sonra onların adları çəkilmir. Onların yas mərasimlərində iştirak etmirlər. Hesab edirəm ki, bu qalmaqallı məsələ hakimiyyət orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB