Musa Quliyev: “MDİ təxribatçı hərəkətlərlə məşğul olur”

Musa Quliyev: “MDİ təxribatçı hərəkətlərlə məşğul olur”

ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Bakı ofisinin rəhbəri Aleks Qriqorevs Azərbaycanda mövcud demokratik inkişafdan sui-istifadə edərək öz ofislərini açıblar. Bu kimi insanlar guya ki, Azərbaycanda demokratiyanı dəstəkləyirlər. Əslində isə bunlar demokratik dəyərləri genişləndirmək adı altında sabotaj, təxribatçı hərəkətlərlə məşğul olurlar. Bunu SİA-ya millət vəkili Musa Quliyev ABŞ-ın MDİ Bakı ofisinin rəhbəri Aleks Qriqorevsin müxalifətin ötən gün təşkil etdiyi qanunsuz aksiyaya dəstək verməsinə münasibət bildirərkən deyib.

Parlament üzvünün sözlərinə görə, bunların əsas məqsədi ölkədə qarşılıqlıq, qarşıdurma yaradaraq insanları xof halına salmaqdır: "Amma çox təəssüflər olsun ki, bizim cəmiyyətin radikal müxalifət deyilən kiçik bir hissəsi də bu kimi təxribatlara aldanırlar və nəticədə onların alətinə çevrilirlər. Son nəticədə isə zərər çəkən ölkəmiz və onun vətəndaşları olur. Ümumiyyətlə, əsgər ölümü, ordu ilə bağlı belə aksiyaların keçirilməsi heç bir mənəviyyata sığmır. Dünyanın istənilən ordusunda itkilər olur. Ötən gün müxalifətin "Əsgər ölümünə son" şüarı adı altında keçirdiyi aksiyanı təşkil edənlərin 80 faizi hərbi xidmətdə olmayan insanlar idi. Məhz bu kimi insanların həmin aksiyalar zamanı ordu haqqında fikir söyləməsi ədalətsizlikdən, mənəviyyatsızlıqdan xəbər verir. Bunların başlıca məqsədi seçkiqabağı ölkədə ictimai-siyasi sabitliyi pozmaq və gərginlik yaratmaqdır. Hər kəs birmənalı şəkildə dərk etməlidir ki, Azərbaycanda yalnız razılaşdırılmış aksiyaların təşkilinə icazə verilir. Görünür ABŞ-ın MDİ bu kimi addımları atmaqla Azərbaycanı başqa ölkələrlə səhv salır".

Bütün xəbərlər Facebook səhifəmizdə