Umud Rəhimoğlu: “Beynəlxalq qurumların hesabatları ölkədə məqbul sayılmır”
Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq qurumlarla əməkdaşlığı bu gün ən aktual, ən vacib məsələlərdən biridir. Bunu SİA-ya "Beynəlxalq təşkilatların yerli QHT-lərlə əməkdaşlığının gücləndirilməsi" mövzusunda təşkil edilən forumda iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, beynəlxaq qurumların ardıcıl olaraq Azərbaycanla bağlı qeyri-şəffaf və qərəzli hesabtlar dərc edir: "Beynəlxalq qrumların hesabatları təbii olaraq ölkədə məqbul sayılmır. Çünki bu hesabtlarda bütün tərəfləri qane etməyən məqamlar çoxdur. Bu mənada beynəlxalq təşkilatlarla əməkdaşlıq hər zaman vacib məsələdir. Bunun üçün də Azərbaycan QHT-ləri vətəndaş cəmiyyəti olaraq bu proseslərə fəal şəkildə qatılmalıdır. Bəzən Azərbaycan QHT-ləri ölkə içərisində fəaliyyət göstərməklə bu məqamları unudur. Bunun üçün bizlər beynəlxalq təcrübəni öyrənməli və beynəlxalq təşkilatların hədəflərini incələməliyik. Onların həyata keçirdiyi layihələrdə tərəfdaş qismində çıxış etməliyik. Hesab edirəm ki, bu kimi imkanlardan Azərbaycan QHT-lərinin istifadə etməsi çox vacibdir. Bu istiqamətdə də Azərbaycan QHT-ləri olaraq fəallıq göstərməyə ehtiyacımız var. Bunun üçün mütəmadi çalışmağımız lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB