XİN rəhbərləri bir arada

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. SİA-nın məlumatına görə, xarici işlər nazirlərinin aprelin 5-də baş tutacaq görüşünün gündəliyinə 10 məsələ daxil edilib.

Məlumata görə, nəzərdə tutulan toplantıda 2014-cü ilin MDB ölkələrində turizm ili olması haqqında qərarın qəbul edilməsi də gözlənilir.

Qeyd olunur ki, Daşkənd görüşündə MDB-yə üzv ölkələrin hər birinin xarici işlər nazirinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə