Vatikan yeni Papa seçməyə hazırlaşır

Vatikan yeni Papa seçməyə hazırlaşır

Vatikanda yanğınsöndürənlər Sikstin Kapellasının damına yeni Papanın seçilib-seçilmədiyinə işarə edən mis borunu quraşdırıb. SİA-nın məlumatına görə, qapalı səsvermədə yeni Papa seçilərsə, kilsənin həyətində toplaşmış insanların xəbərdar olması üçün borudan ağ tüstü buraxılır. Əgər tüstü qara olarsa, bu səsvermənin nəticəsiz qaldığına işarədir. Bəzən tutqun havada tüstünün rəngini seçmək çətin olduğundan, ağ tüstünün ardınca, Pontifikin seçildiyini təsdiq etmək məqsədilə zınqırov çalınır. Oxşar hal 2005-ci ildə 16-cı Benediktin Roma Papası seçilməsi zamanı yaşanmışdı.

Vatikan 115 kardinal arasında Roma Papasının seçilməsi üçün səsvermənin 12 mart, yerli vaxtla saat 16.30-da keçiriləcəyini elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə