Macarıstanın nümayəndə heyəti Bakıya gəlir

Macarıstanın nümayəndə heyəti Bakıya gəlir

Macarıstanın Kənd İnkişafı Nazirliyinin dövlət katibi Dula Budainin rəhbərlik etdiyi nümayəndə heyəti martın 12-14-də Azərbaycanda səfərdə olacaq. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Macarıstanın heyvandarlıq, quşçuluq, yemçilik, kənd təsərrüfatı maşın və mexanizmləri, ətraf mühitin qorunması, biotexnologiya, ərzaq mallarının istehsalı və qablaşdırılması, virusa davamlı məhsulların yetişdirilməsi sahələri üzrə ixtisaslaşan aparıcı şirkət və firmalarının təmsilçiləri daxildir.

Səfər çərçivəsində hər iki ölkənin dövlət qurumlarının və biznes dairələrinin iştirakı ilə ərzaq istehsalı və kənd təsərrüfatı üzrə I Azərbaycan-Macarıstan forumunun keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə