Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən mitinq zamanı maraqlı hadisələr baş verib. SİA-nın verdiyi məlumata görə, "Azadlıq" meydanında keçirilən etiraz aksiyasında Ruben Haqverdiyanın çıxışı erməni cəmiyyətində şok effekti yaradıb.
Məlumdur ki, Ermənistanda "ermənistanlı" və "qarabağlı" termini indi daha çox populyardır. Bunun da səbəbi az deyil, hakimiyyətə gəlməyin yeganə yolu kimi Dağlıq Qarabağ münaqişəsinin həllini platformasının birinci sətirində yazan namizədlər seçicilərinə müraciətlərini məhz "məni seçsəniz, Qarabağ münaqişəsini həll edərəm" sözləri ilə başlayırlar. Hakimiyyəti əldə edəndən sonra xalq oyanır ki, sən demə bütün bunlar hakimiyyətə gəlmək üçün bir vasitə imiş.
Bu gün sosial problemlərin, iqtisadi tənəzzülün məngənəsində sıxılan xalq artıq cana doyub. Əgər ötən əsrin 90-cı illərində Dağlıq Qarabağ məsələsini özünün prioritet vəzifəsi kimi irəli sürən prezidentə müqəddəs bir insan kimi baxırdılarsa, bu gün qarabağlıları görmək istəmirlər. Koçaryanın və Sarkisyanın (hər ikisi qarabağlıdır – red.) Qarabağ platforması ilə hakimiyyəti ələ keçirmələri, üstəlik sosial problemlərin həll olunmaması, iqtisadiyyatda baş verən tənəzzül yerli ermənilərin onlara olan inamını çoxdan dəfn edib. Ona görə də ermənistanlıların qarabağlıları görməyə gözünün olmaması üçün səbəb var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB