Millət vəkili: "Dövlət bu məsələni nəzarətdə saxlayır"

Millət vəkili: "Dövlət bu məsələni nəzarətdə saxlayır"

"Fransa Parlamentində iki azərbaycanlının vəhşicəsinə döyülməsi ermənilərin kimliyini bir daha sübut etdi". Bu barədə SİA-ya açıqlamasında, deputat, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Onun sözlərinə görə, bu hadisənin Fransa parlamentində, fransız rəsmilərinin gözləri qarşısında baş verməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bir fürsətdir: "Bu hadisə ermənilərin imicinə zərbə vuran, eyni zamanda azərbaycanlıların haqlı olduqlarını və ermənilərin həmişə haqqa qarşı bu kimi hadisələr törətdiyini göstərən bir faktdır. Azərbaycan vətəndaşlarına qarşı cinayət törədilib və bu cinayəti törədənlər cəzalandırılmalıdırlar. Məsələ ilə bağlı Azərbaycanın müvafiq qurumları Fransa Parlamentinə, Fransanın Azərbaycandakı səfirliyinə, Xarici İşlər Nazirliyinə müraciətlər edib. Hazırda törədilən cinayətkarlıqla bağlı Fransa polisi araşdırma aparır. Belə hesab edirəm ki, biz bu araşdırmanı izləməliyik və bununla bağlı öz mövqeyimizi bildirməliyik. Bu məsələdə saxtakarlığa yol verilməməsi üçün biz onlara şans verməməliyik. Hələlik həm dövlət, həm də mətbuat bu məsələni kifayət qədər nəzarətdə saxlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə