Baş nazirlə prezidentin görüşü

Baş nazirlə prezidentin görüşü

"Ümid edirəm ki, baş nazir Bidzina İvanişvili ilə Mixail Saakaşvili arasında bu gün keçiriləcək danışıqlar konstruktiv olacaq". SİA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili bildirib.

Qaribaşvili baş nazirin hər zaman prezidentlə görüşə hazır olduğunu diqqətə çatdırıb: "Mən bu görüşün konstruktiv olacağına inanıram".

Qeyd edək ki, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə baş nazir Bidzina İvanaşvili arasında görüş yerli vaxtla saat 15:00 keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə