Mövqelərimiz atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun işğal olunmuş Çaylı və Göyarx, Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə