Fazil Mustafa: “Biz bu məsələdə çox sərt mövqe nümayiş etdirməliyik”
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morniqstarın mütəmadi görüşlər keçirməsinə baxmayaraq onun ölkədə nəyisə dəyişmək, həll etmək gücünə malik deyil. Bunu SİA-ya Fazil Mustafa ABŞ-ın Azərbaycandakı səfirinin bir sıra müxalifət partiyalarının liderləri ilə görüşlər keçirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ABŞ səfiri çalışır ki, müxalifət bədbəxt günə qalmasın: "ABŞ müəyyən dərəcədə onda illuziyalar yaradan və sonra isə hamının arxasınca qaçan funksiyasını 20 ildir ki davam etdirir. Bu gün də həmin adət-ənənə qorunub saxlanılır. Çox güman ki, R.Morniqstar həmin müzakirələri hökümətə olduğu kimi çatdırır. Məhz buna görə də hesab edirəm ki, bunun mətbuata açıqlanmasına heç bir ehtiyac yoxdur. Eləcə də bu görüşlərin heç bir ciddi siyasi mənası yoxdur. Bu sadəcə görüntü üçün nəzərdə tutulub".
F.Mustafa həmçinin Fransadakı iki azərbaycanlının döyülməsi faktına da toxunub: "Hesab edirəm ki, Fransadakı hadisələr biabırçılıqdan başqa bir şey deyil. Düşünürəm ki, Azərbaycan bununla bağlı qarşı tərəfə nota verməlidir. Həmçinin biz də bu məsələdə çox ciddi, sərt mövqe nümayiş etdirməliyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB