Elman Abdullayev: “Ermənistan rəhbərliyi öz xalqını aldatmaq strategiyası seçib”

Elman Abdullayev: “Ermənistan rəhbərliyi öz xalqını aldatmaq strategiyası seçib”

Ermənistan rəhbərliyinin qeyri-uzaqgörən və destruktuv siyasəti erməni diasporunun "əzabkeş xalq" imici yaratmaq səylərini heçə endirdi. Xocalıda bu cür soyqırımı törətmiş erməni tərəfi özünü bütün dünyaya necə sivil və mədəni ölkə kimi təqdim edə bilər? Günahsız uşaq, qadın və silahsız şəxslərin qətli sivil sayıla bilməz. SİA-nın verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Avstriya mətbuatına verdiyi açıqlamalarda Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini nizamlamaq niyyətində olmadığı barədə fikirlərini şərh edərkən deyib.

E.Abdullayev bildirib ki, Ermənistan rəhbərliyi öz xalqını aldatmaq strategiyası seçib və bununla xalqına gələcəkdə hansı zərbələri vuracağı barədə düşünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə