Fevralın 25-də erməni təşkilatlarının Fransa Milli Assambleyasında təşkil etdiyi tədbirdə Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın və azərbaycanlı tələbə Vüsal Hüseynovun ermənilər tərəfindən vəhşicəsinə döyülüb. SİA-ya açıqlama verən politoloqlar baş verənləri qətiyyətlə pisləyib və dünya ictimaiyyətini bu məsələyə sərt mövqe nümayş etdirməyə səsləyiblər.
Millət vəkili Bəxtiyar Sadıqov:
- Azərbaycanlı gənclərin döyülməsini Fransada söz azadlığına, fikir plüralizminə və ümumiyyətlə, demokratiyaya zərbə kimi qiymətləndirirəm. Ona görə də bu hadisəni təəssüf hissi ilə qeyd edirəm. Adətən deyirlər ki, Fransa demokratiyanın beşiyidir. Amma bəzən bu günki Fransada elə hadisələr baş verir ki, buna şübhələr yaranır. Çünki Fransanın demokratiyanın beşiyi adlandırılsa da qəbul edilən ümumbəşəri və normaya çevrilən prinsiplərin kobud pozulmasının şahidi oluruq. Eyni zamanda Fransa parlamentində uzun müddət erməni soyqırımını qəbul etməyənlərin cinayət məsuliyyəti barədə qanun layihəsini müzakirə edildi və həmin qanun qəbul olundu. Lakin həmin qanunu Fransanın Konstitusiya məhkəməsi təsdiq etmədi. Azərbaycanlı tələbələrin Fransada döyülməsi isə Fransa parlamenti daxilində demokratiya xidmət etməyən qüvvələrin, düşündüklərini ucadan danışan bilməyən, müxtəlif erməni mövqeyini müdafiə edən, erməni millətindən olan insanların ayaq açdığını, orada özlərinə yer etdiklərinin göstəricidir. Bizim gənclərimiz də açıq şəkildə öz mövqeyini ortaya qoyub, arqumentlərlə çıxış edib. Təəssüf ki, orda ermənilər və onları müdafiə edən insanlar bu faktlarla barışmaq istəməyib, bu faktları təkzib etməyə gücü çatmadığı üçün bu vəhşiliyə əl atıb. Belə yolverilməz hərəkətlər Fransa parlamamenti, söz və fikir azadlığı üçün ləkədir. O hərəkəti törədənlər cinayət məsuliyyəti daşıyır. Ona görə də cinayət faktı aşkara çıxarılmalı və layiqli cəzasını almalıdır.
Millət vəkili Azay Quliyev:
- Bu insanlar görün necə azğınlaşıb ki, senatorun iştirakı ilə keçirilən tədbirdə həqiqəti söyləyən insana qarşı hucum ediblər. Bu qəbuledilməz bir haldır. Çünki Fransa özünü hər zaman demokratik bir ölkə kimi qələmə verib. Hesab edirəm ki, azərbaycanlı gənclərin Fransa parlamentində döyülməsinə çox ciddi reaksiyalar verilməlidir. Eyni zamanda Avropa Parlamenti və Avropa Şurası kimi beynəlxalq təşkilatlar bununla bağlı qərəzsiz mövqe bildirməlidir. Bununla yanaşı Azərbaycana qarşı qərəzli mövqedə dayanan beynəlxalq təşkilatlar da var. İndi onların da mövqeyini görəcəyik. İstənilən halda bu cür basqılar Azərbaycanı öz haqlı mövqeyindən çəkindirə bilməyəcək. Əgər bu hadisəni törədənlər düşünürlər ki, psixoloji yolla təsir edəcəklər, həmin insanlar yanılırlar. Ona görə ki, Azərbaycan ictimaiyyəti, Azərbaycan gəncliyi heç bir zaman haqlı mövqeyində geri çəkilməyib və çəkilməyəcək də. Eyni zamanda həmin gənclərimizə öz təşəkkürümü bildirir və Allahdan onlara şəfa diləyirəm. Hesab edirəm ki, onların bu addımı xalq, millət yolunda atılan mübariz bir addımdır.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli:
- Azərbaycanlı gənclərimizin Fransada döyülməsi erməni diasporunun vəhşiliyini bir daha sübuta yetirir. Bəlli olur ki, bu insanlarla dialoq, sivil mübarizə mümkün deyil. Eyni zamanda onları müdafiə edən fransalı deputatların mahiyyətini açır. Dünyaya demokratiya və tolerantlıq dərsi keçməyə çalışan bir ölkənin deputatlarının hansı mənəvi dəyərlərin, hansı humanist prinsiplərin sahibi olduğunu ortaya qoyur. Bu hadisə bir çox məqamlara aydınlıq gətirdi. İlk öncə bir daha məlum oldu ki, qarşımızdakı düşmən və onun himayəçiləri heç bir formada danışıqlara hazır deyil, bu insanlarla sivil mübarizə metodları ilə danışmaq mümkün deyil və yeri gələndə ən kəskin, ən radikal addımlara belə əl atmağı bacarırlar. Əgər bu vəhşilikləri parlament binasında edirlərlərsə, döyüş meydanında hansı hərəkətlər edərlər! Bu əslində Xocalı soyqırımının məhz erməni xislətinə uyğun törədilən cinayət olduğunu nümayiş etdirdi. Bununla yanaşı xaricdə təhsil alan tələbələrimizin, gənclərimizin əzmini nümayiş etdirdi. Azərbaycanın 2 gənci fransız deputatlara və erməni diasporuna sübuta etdilər ki, haqlı mübarizə üçün 250 nəfərə qarşı çıxış etmək əzmindəyik. Bu nümunəvi gənclik onları dünyanın hər yerində izləyəcək. Bu bütövlükdə Azərbaycan gəncləri üçün nümunə olmalıdır. Azərbaycanın haqlı mövqeyinin gənclərin, xüsusilə də Avropada təhsil alan tələbələrin timaslında özünü büruzə verməsi qürur verici haldır. Mən o gənclərlə fəxr edirəm və bunu bütün gənclər üçün nümunə kimi qiymətləndirirəm.
Millət vəkili Fazil Mustafa:
- Azərbaycanlı gənclərin Fransa parlamentinə döyülməsi faktına beynəlxalq müstəvidə qiymət verilməlidir. Bu növbəti dəfə erməni diasporunun və erməni vəhşiliyinin sübutdur. Çünki gənclər söz və fikir azadlığından istifadə etməklə öz haqlı mövqeyini ortaya qoyub. Buna qarşılıq vəhişəcinə gənclərimizin döyülməsi cəzasız qalmamlıdır. Eyni zamanda Fransa parlamentində təmsil olunan deputatın bu məsələdə yer alması qəbuledilməz bir haldır. Yəni, onların belə davranışını sivil mübarizə metodu hesab etmirəm, vəhşilik kimi qəbul edirəm. Ümumiyyətlə, gənclərin döyülməsinə hər birimiz sərt mövqe nümayiş etdirməliyik.
Babək Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB