Milli QHT Forumu Sumaqıt hadisəlkərinin 25 illiyinə həsr olunmuş tədbir keçirib
Milli QHT Forumu Sumqayıt hadisələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə bir çox QHT- rəhbərləri və o dövrdə hadisələrə şahidlik etmiş şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə açan forumun prezidenti Rauf Zeyni 1988-ci il fevralın 28-də Sumqayıt şəhərində baş verən hadisələrdən danışaraq bildirib ki, SSRİ təhlükəsizlik orqanları tərəfindən təşkil edilən bu hadisələr Azərbaycan tarixində təxribat kimi yadda qalıb: "Hadisələr əvvəlcədən planlaşdırılmışdı. Olaydan bir həftə əvvəl şəhərdə ermənilər arasında həyəcan yaşandığı açıq görünürdü. Hadisələrdən əvvəl əhali arasında söz-söhbət gedirdi. Bir həftə əvvəl polislərin silahlarının yığışdırılması, ermənilərin təşviş içində banklardan pullarını çıxarması Sumqayıt hadisələrinin baş verəcəyindən xəbər verirdi. Moskva və Ermənistan rəhbərliyi tərəfindən hadisənin təşkil olunmasında məqsəd Dağlıq Qarabağı Azərbaycandan qoparmaq, Azərbaycanın imicinə zərbə vurmaqdan ibarət idi. Sumqayıt hadisələrinə artıq hüquqi qiymət verilməsinin vacibliyini bildirən R. Zeyni hesab edir ki, hadisənin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmağın lazımdır".
Formun prezidenti bildirdi ki, Sumqayıt hadisələrini araşdırmaq üçün o dövrdə hadisələrə şahidlik etmiş şəxslərdən ibarət komissiya yaradılacaq. Bu məsələdə Ermənistanda prezidentliyə namizəd Paruyur Hayrikyanın sui-qəsdə uğramasından sonra dediyi ifadələrdən də dəli materialı kimi istifadə olunacaq. O bildirmişdi ki, mənə qarşı sui-qəsdi həyata keçirənlər Sumqayıt hadisələrini təşkil edənlərdir. Burdan da aydın olur ki, Sumqayıt hadisələrini Rusiya tərəfindən planlaşdırılıb və həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB