"Dünya hər zaman Azərbaycanla bağlı məsələlərə ikili standartlardan yanaşır. Artıq bütün dünya bunu bilir". Bunu SİA-ya açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib. Onun sözlərinə görə, ABŞ-ın Azərbaycana qarşı belə mövqedə dayanması yeni münasibət deyil: "Rəngindən asılı olmayaraq bütün evlərdə gedən proseslər göz qabağındadır. ABŞ-da daxil olmaqla qərb dövlətləri bu məsələlərə ikili standartlardan yanaşırlar. Buna görə də Azərbaycan xalqı yalnız özünə güvənməlidir. Hər birimiz möhtərəm prezidentimiz İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməliyik. Onun ətrafında sıx birləşməliyik. Çünki yeganə çıxış yolu budur".
Bayram Səfərov bildirib ki. XX əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliam olan Xocalı soyqırımının 21-ci ildönümü hazırda həm ölkəmizdə, həm də dünya dövlətlərində anılır: "Bu gün bu faciə haqqında danışmaq çox çətindir. Çünki həmin faciənin qurbanlarının-xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetrilənlərin, bətni yarılaraq körpəsi qətlə yetrilənlərin, övladı göz açmamış vəhşicəsinə öldürülən anaların, tanınmaz vəziyyətə salınan ağsaqqaların, ağbirçəklərin faciəsinin şahidi olmuşuq. İnsanların diri-diri yandırılması, tankların tırtılları ilə əzilməsi qan yaddaşımıza köçüb. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib. XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, insanın qanını donduran soyıqırımın baş verməsi ağlasığmazdır. Xalq heç bir vaxt bu faciəni unutmamalıdır.Günahsız qadınların, qocaların, körpələrin qanlarının tökülməsini heç bir vaxt unutmamalıyıq. Bunu dünya ictimaiyyətinə bildirməliyik və haqqımızı tələb etməliyik. Sirr deyil ki, əvvəlki illərdə dünya Xocalı faciəsinə ikili standartlarla, birtərəfli baxıblar. Ancaq son illərdə dünya ictimaiyyətində fikir dəyişikliyi var. Bir çox ölkələr Xocalı soyqırımını tanımağa başlayıb. Dünyanın bütün ölkələrində Xocalı soyqırımı haqqında keçirilən tədbirlər dünya ictimaiyyətinə çatdırılır. Hesab edirəm ki, dünya erməni yalanını başa düşüb və bütün dövlətlər tədricən ermənilərin Xocalı əhalisinin başına gətirdiyi soyqırımı tanıyacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB