"Bu günü düz 21 il ərzində heç unutmadıq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Sədr müavinin sözlərinə görə, bu günlər çox kədərli və ağrılı keçir: "Çox təəssüf edirəm. Əgər zamanında lazımi addımlar atılsa idi, bu kimi hadisələr baş verməzdi. Artıq tarixin təkərini geri göndərmək mümkün deyil. Biz bundan nəticə çıxarmalı və qarşıdakı illərdə bu hadisəni törədənlərin beynəlxalq məhkəmə qarşısına çıxmalarını təşkil etməliyik. Məhz buna görə də bu istiqamətdə Azərbaycan dövləti, ölkə parlamenti, ictimaiyyəti və bəşəriyyətə qarşı cinayətə yox deyən beynəlxalq dairələr həmin hadisələrə öz münasibətini bildirməkdədirlər və gələcəkdə də bildirəcəklər. Bizdən asılı olan odur ki, beynəlxalq hüququn çərçivəsində bunu mütəşəkkil şəkildə təşkil edək və bu məsələnin dünya ictimaiyyətinin diqqətindən yayınmasına yol verməyək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB